Türkiyədəki təbii fəlakətdən iqtidara qarşı istifadə ediləcəyi istisna deyil - ÖZƏL

"Türkiyədə baş vermiş zəlzələdən iqtisadi və sosial problemlərdən müxalifət seçkilərdə iqtidara qarşı istifadə etməsi istisna deyil. Demək olar ki,  "Altılıq masa" insan faciəsindən və zəlzələ olan regionda ağır şəraitdən istifadə edərək  prezident Ərdoğana qarşı geniş kampaniya aparması başlayıb. Hətta Qərbin bir çox mərkəzləri də cənab Ərdoğanı siyasi xalının aşağı salınması istiqamətində bu təbii fəlakətin doğurduğu nəticələrindən stifadə edəcək". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Bildirib ki,  müxalifətin "Altılıq Masasının" bu təbii fəlakətdən istifadə etməsi R.T. Ərdoğanın reytinqinə ciddi mənfi təsir edəcəyi gözlənilmir: "Amma, ölkədə seçkilər öncəsi bu təbii fəlakətin baş verməsi, seçki prosesinə təsirsiz ötüşməyəcək. Cənab Ərdoğan seçkilərə kimi əhalinin sosial rifahının normallaşdırılmasını və yeni mənzillərin tikintisi istiqamətində işlərə başlanmasına getməsi çətin görünür. Amma, prosesi idarə edərək bundan müxalifətin istifadə etməsini neytrallaşdırması mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31