Suriya ABŞ-ı zəlzələni “siyasiləşdirməkdə” ittiham edir- ÖZƏL
8 Fevral 2023 12:24 DünyaOlaylar.az xəbər verir ki, Suriya ABŞ-ın təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında ölkə hakimiyyəti ilə əməkdaşlıqdan imtina etdiyi üçün Vaşinqtonu zəlzələni "siyasiləşdirməkdə" ittiham edib. Bu barədə Newsweek yazır. Suriyanın BMT-dəki Daimi Nümayəndəliyi nəşrə bildirib ki, Vaşinqtonun mövqeyi "ABŞ-ın hər zaman istənilən məsələni, hətta bu zəlzələ kimi dağıdıcı və fəlakətli məsələni necə siyasiləşdirdiyini açıq şəkildə göstərir".
Onlar qeyd ediblər ki, "ABŞ Suriyaya milyardlarla dollar verdiyi ilə öyünür, eyni zamanda Suriyanı, o cümlədən neft və buğdanı talayır". Suriya təktərəfli sanksiyaların zəlzələdən sonra ölkənin yenidən qurulması səylərinə mənfi təsir göstərdiyini vurğulayıb. Bundan əvvəl ABŞ zəlzələnin nəticələrinin aradan qaldırılması məsələsində Suriya prezidenti Bəşər Əsəd hökuməti ilə əməkdaşlıq etməyəcəklərini bildirmişdi. Mətbuat üçün brifinqdə çıxış edən Dövlət Departamentinin sözçüsü Ned Prays "ABŞ Suriya xalqı ilə tərəfdaşdır" və "Suriya xalqına digər ölkələrdən daha çox humanitar yardım göstərdiyini" bildirib.