Rusiya, Çin və Cənubi Afrikanın təlimləri qlobal ictimaiyyət üçün heç bir problem yaratmır - ÖZƏL

"Rusiya, Çin və Cənubi Afrikanın bu ayın sonunda keçirəcəyi birgə hərbi təlimlər beynəlxalq ictimaiyyət üçün heç bir problem yaratmır".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Cənubi Afrikadakı səfiri bildirib. 
"Təlimlər Qərb mediasının təsvir etdiyi kimi, fevralın 17-dən 27-nə qədər on gün davam etməyəcək. Onlar daha az vaxt, sözün əsl mənasında iki gün çəkəcək. Onlar beynəlxalq ictimaiyyət üçün heç bir problem yaratmır. Nə hərbi mənada, nə siyasi mənada, nə də beynəlxalq hüquq normalarını pozmaq nöqteyi-nəzərindən", - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31