Zəlzələdən sağ çıxıb, qəzaya düşdülər- VİDEO-ÖZƏL
8 Fevral 2023 10:52 DünyaOlaylar.az xəbər verir ki, Türkiyədə Əli Cengiz A.-nın sürücüsü olduğu 06 KA 7770 dövlət nömrə nişanlı avtomobil Kırıkkale-Kayseri yolunun 16-cı kilometrliyində idarəetmədən çıxaraq təxminən 10 metr hündürlükdən aşağı düşüb. Xəbərdarlıq üzərinə qəza yerinə polis, sağlamlıq və jandarma qrupları sövq edilib. Qəzada sürücü, Gülay A, Məhəmməd Yusuf A, Sonay Büşra A, Yusuf A. (9) və Əhməd Talha A. (5) yaralanıb.
Təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.
Zəlzələlərdən sonra avtomobildə olan zəlzələ qurbanlarının Adıyamandan Kırıkkaledəki qohumlarının yanına gəldiyi öyrənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31