Sadəcə bir qızı xilas ola bildi- ÖZƏL
8 Fevral 2023 10:39 DünyaOlaylar.az xəbər verir ki, Kahramanmaraşda 7 mərtəbəli binanın dağıntıları altında qalan 20 yaşlı Melisa zəlzələdən 51 saat sonra sağ-salamat xilas edilib. Zəlzələdə həyat yoldaşı və iki uşağını itirən ata qızı Melisanın sağ qalması ilə göz yaşlarını saxlaya bilməyib. 7 mərtəbəli binanın ilk 3 mərtəbəsi uçarkən, yuxarıdakı 4 mərtəbəyə ciddi ziyan dəyib. Zəlzələdən sonra axtarış-xilasetmə qrupları və könüllülər tərəfindən indiyədək dağılmış binadan 12 nəfər xilas edilib, 2 nəfərin cəsədi tapılıb.
İş əsnasında Çorum İl Təhlükəsizlik Müdirliyinə möhkəmlətmə olaraq gələn polis qrupları səs-küy eşidib. Komandalarla birlikdə səsin gəldiyi bölgədə iş intensivləşib. Təxminən 51 saat sonra dağıntılar altından çıxarılan 20 yaşlı Melisa Andız yaralı olaraq sağlamlıq qruplarına təhvil verilib.Atası gözyaşlarına boğulub.