Tayvandan axtarış-xilasetmə qrupu Türkiyəyə gəlib- ÖZƏL
8 Fevral 2023 10:39 DünyaOlaylar.az xəbər verir ki, Adıyamana Tayvandan 44 nəfərlik axtarış-xilasetmə qrupu gəlib.
Xilasetmə işləri üçün lazım olan alətlər və axtarış itləri ilə Tayvandan Türkiyəyə gələn 44 nəfərlik qrup Adıyamanda işə başlayıb. Axtarış itlərinin köməyi ilə qruplar müxtəlif nöqtələrdə dağıntılar altında olan insanlara çatmağa çalışır. Tayvan komandasının axtarış-xilasetmə işləri bitənə qədər Türkiyədə qalacağı öyrənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31