Ərdoğan zəlzələ bölgəsinə gedəcək
8 Fevral 2023 08:12 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhər saatlarında zəlzələ bölgəsinə gedəcək.
Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili Yakup Taşın ailəsinə başsağlığında bildirib.
"Allah səbr versin. Bütün Taş ailəsinə başsağlığı verirəm. İnşallah səhər zəlzələ baş verən ərazilərə gedəcəyəm", - Ərdoğan deyib.
Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31