Azərbaycandan növbəti 228 nəfərlik xilasetmə heyəti Türkiyəyə yola salınıb
8 Fevral 2023 08:04 DünyaAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti 228 nəfərlik şəxsi heyəti qardaş ölkəyə yola salınıb.
Bunu FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov bildirib.
Onun sözlərinə görə, şəxsi heyət axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə təmin olunub və onların Türkiyədə qalma müddəti ilə bağlı heç bir məhdudiyyət yoxdur:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31