Ərdoğan sabah zəlzələdən zərər çəkmiş əyalətlərə səfər edəcək
7 Fevral 2023 23:28 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Türkiyənin zəlzələdən zərər çəkmiş əyalətlərinə səfər edəcək.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə R.T.Ərdoğan zəlzələ nəticəsində həlak olmuş deputat Yakup Taşın ailəsi ilə telefon danışığı zamanı deyib.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 434 nəfər həlak olub, 31 777 nəfər isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31