Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 5 434-ə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 5 434-ə yüksəlib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə səhiyyə naziri Fahrettin Koca açıqlayıb.

Onun sözlərinə görə, yaralıların sayı 31 777 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31