Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə çatdı
7 Fevral 2023 20:19 DünyaTürkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə yüksəlib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə AFAD açıqlama yayıb.
Qeyd edilib ki, yaralıların sayı 22 286 nəfərə çatıb. 8 mindən çox insan dağıntılardan sağ çıxarılıb.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31