Qətər Türkiyəyə 10 min konteyner GÖNDƏRDİ - ÖZƏL
7 Fevral 2023 19:32 DünyaQətər Xarici İşlər Nazirliyi, Türkiyə ilə koordinasiyanın Kahramanmaraşdakı zəlzələlərin ilk anından başladığını bildirib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari paytaxt Dohada keçirdiyi mətbuat konfransında bildirib:
"Türkiyə ilə Qətər arasında koordinasiya dağıdıcı zəlzələnin ilk anından başlayıb."
Zəlzələ bölgələrinə axtarış-xilasetmə qruplarının göndəriləcəyini qeyd edən Ensari, Qətərin sahədəki inkişaflarla müəyyən ediləcək prioritetlər istiqamətində dəstəyini davam etdirəcəyinə diqqət çəkib.
Ensari dünya ölkələrini və beynəlxalq təşkilatları bu dağıdıcı zəlzələnin təsirlərinin yumşaldılmasında rol almağa çağırıb və zəlzələ qurbanlarına 10 min konteyner evlə də dəstək olduqlarını qeyd edib.
Ənsari xatırladıb ki, Qətər əmiri Şeyx Təmim bin Hamed Al Saninin göstərişi ilə axtarış-xilasetmə qrupu və yardım materiallarının olduğu ilk təyyarə dünən axşam saatlarında göndərilib.