Türkiyəyə insanca yanaşmağa ermənilərin bir gün də səbri çatmadı - ÖZƏL
7 Fevral 2023 15:18 Dünya"Dəhşətli humanitar fəlakətlə üzləşmiş Türkiyəyə insanca yanaşmağa ermənilərin bir gün də səbri çatmadı. Artıq bu gün erməni təbliğatı Ankaranı milli və dini ayrıseçkilikdə, türk əhalinin yaşamadığı bölgələrə laqeyd, seyrçi münasibətdə günahlandırır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev səsləmndirib. Səfir daha sonra qeyd edib: "Nümunə kimi əhalisinin bir qismi ərəb, ələvi, kürd, erməni və aysorlardan ibarət Xatay bölgəsi göstərilir. Etnik millətçilik zehniyyətindən xilas ola bilməyən bu bədbəxt toplum anlamır ki, Türkiyə Cümhuriyyəti üçün ölkə sakinlərinə münasibətdə bir əsas kateqoriya var - o da türk vıətəndaşlığıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31