Türkiyə qüdrətli dövlətdir, bu çətin günləri geridə qoyacaq - ÖZƏL
7 Fevral 2023 14:52 Dünya"Türkiyə qüdrətli dövlətdir, bu çətin günləri Allahın izni ilə geridə qoyacaqdır. Dağılmış infrastruktur bərpa ediləcək, fəlakətdən zərər çəkənlərə təminat veriləcək, vətəndaş dövlətin qayğısı və himayəsini hiss edəcəkdir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri ilahiyyatçı Elvüsal Məmmədov səsləndirib. O deyib ki, 2011-ci Van zəlzələsi və dövlətin qısa zaman kəsiyində zəlzələnin nəticələrini aradan qaldırması dediklərimizi təsdiqləyən yaxın tarixdir: "Suriya da zəlzələdən ən çox zərər görmüş müsəlman ölkəsidir. Mərkəzi hakimiyyətin yarıtmazlığı, Türkiyədə olduğu qədər xəlqi olmamağı Hələb, Həma və İdlibdə zəlzələdən zərər görmüş vətəndaşlar üçün ümidsiz vəziyyət yaradır".
Natiq edye dib ki, insan canı toxunulmazdır: "Bir insanın ölümü ağrıdır, acıdır, amma uşaqların ölümü, iztirabı, çarəsiz vəziyyətdə ağlaması daha böyük dərddir. Uşaq iztirabından ibarət mənzərələri gördükdə qəhər boğur bizi, mənən çökürük, biixtiyar ağlayırıq. Allah müsəlman ümmətinin köməyi olsun".