"Qızıma ev yox, məzar almışam"- ÖZƏL
7 Fevral 2023 14:49 Dünya"Qızıma ev yox, qəbir almışam". Olaylar.az xəbər verir ki,bu sözləri Kahramanmaraşda qızı üçün üç gün əvvəl ev alan ana deyib. Kahramanmaraşın Hayrullah Məhəlləsində Şeyma Şimşək adlı gənc qadın 2 gün əvvəl köçdüyü Sabır Apartmanındakı yeni evinin dağıntıları altında qalıb. Anası Nalan Şimşək dağıntıların başında göz yaşı tökərək qızının sağ-salamat çıxarılmasını gözləyir. Ağrılı ana 3 gün əvvəl qızına evi hədiyyə etdiyini və qızının evdə ancaq iki gecə qala bildiyini söyləyərək "Qızıma ev yox, qəbir almışam" dedi.
"O, zəlzələdən əvvəl mənə zəng edərək evi göstərdi" Qızının özəl bankda işlədiyini deyən Nalan Şimşək "Ona evi 3 gün əvvəl almışam. İki gün əvvəl köçüb. Zəlzələdən əvvəl mənə zəng edib evi göstərdi. Mənə də yataq dəsti aldığını deyərək sürpriz etmək istəyirdi. Duş qəbul edib yatmağa hazırlaşacağını söylədi".