Ukraynada DİN və Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edildi

Ukraynada yeni daxili işlər naziri və Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib.

Olaylar.az APA-ya istinadən bildirir ki, Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) yeni rəhbər təyin edilib.

Digər qərarla isə İqor Klimenko daxili işlər naziri təyin olunub.

Qeyd edək ki, Vasili Malyuk 2022-ci ilin iyulundan etibarən indiyə qədər UTX rəhbərinin vəzifəsini icra edib və avqust ayından Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.

İqor Klimenko isə 2019-cu ildən Ukrayna milli polisinin rəhbəri və daxili işlər nazirinin müavini olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31