Nazirlik zəlzələ fürsətçilərinə qarşı tədbir gördü- ÖZƏL
7 Fevral 2023 14:23 DünyaOlaylar.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi, zəlzələlər səbəbiylə təcili yardımların qiymətlərinin hədsiz dərəcədə artdığına dair iddiaların ardınca ölkə daxilində yoxlamalara başladığını açıqladı.
Nazirliyin açıqlamasında bildirilir ki, "Zəlzələ zamanı fövqəladə ləvazimatların qiymətlərinin həddindən artıq bahalaşması ilə bağlı nazirliyimiz tərəfindən ölkə üzrə yoxlamalara başlanılıb. Heç bir vətəndaşımızda bu cür hərəkət edənlərə ən ağır inzibati cəzanın verilməsi ilə bağlı şübhə olmasın. Bu cür fürsətçi hərəkətlərə yol verənlərə qarşı nazirliyimiz tərəfindən inzibati tənbeh tədbirləri görüləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31