Suriya Qızıl Xaç Cəmiyyəti: Ölkədən sanksiyaları qaldırın- ÖZƏL

Olaylar.az xəbər verir ki,xəbər verir ki, Suriyanın "Qırmızı Xaç" təşkilatı zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün ölkədən beynəlxalq sanksiyaların götürülməsini xahiş edib. 

"Biz dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Suriyaya qarşı tətbiq edilən blokadanın və iqtisadi sanksiyaların götürülməsinə çağırırıq. Axtarış və xilasetmə əməliyyatlarını sürətləndirmək üçün bizə ağır texnika, təcili yardım maşınları və yanğınsöndürmə briqadaları lazımdır. Bunun üçün Suriyadan sanksiyaları tez bir zamanda aradan qaldırmaq lazımdır", - deyə təşkilatın rəhbəri Xalid Xbubati bildirib. 

Rusiya xilasediciləri ilə birlikdə İl-76 zəlzələdən zərərçəkənlərə kömək etmək üçün Suriyaya gəlib. Bu bortda Suriyaya 50 rusiyalı mütəxəssisin gəldiyi, dağıntılar altında qurbanların axtarışında Suriya hakimiyyətinə və fövqəladə hallar xidmətlərinə köməklik göstərdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31