Zəlzələ seçkilərə necə təsir edəcək? - ÖZƏL

"Baş verən təbiət hadisəsi Türkiyədə bu il keçiriləcək prezident və parlament seçkilərinə təsirsiz ötüşməyəcək". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Turan Rzayevin sözlərinə görə, istər müxalifət, istərsə də iqtidar hadisədən seçki kampaniyaları üçün istifadə edəcəklər: "Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu zərərin böyüklüyü hakim partiyanın işini çətinləşdirir. Müxalifət bu fürsətdən yararlanmaq istəyəcək və iqtidara təzyiq edəcək. Lakin baş verən hadisə iqtidarın da əlini gücləndirir. Belə ki, iqtidarın təbii fəlakətin fəsadlarını sürətlə aradan qaldırması, siyasilərin hadisə yerinə səfərlər etməsi, zərərçəkənlərə yardımların edilməsi xalq nəzdində Ərdoğana olan etimadı artıra bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31