Vətəndaşlar zərərçəkənlərə qan verməyə davam edirlər- ÖZƏL
7 Fevral 2023 12:25 DünyaOlaylar.az xəbər verir ki,Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələdən sonra Çanaqqala vətəndaşları da qan verib. Kızılay Qan Mərkəzi və Cümhuriyyət meydanında qurulan səyyar məntəqəyə gələn çoxlu sayda insan qan vermək üçün müraciət edib. Burada qan vermək istəyənlərə çay və tort təklif olunub.
Donor Gamze Gezer jurnalistlərə açıqlamasında daha əvvəl qan verməklə oxşar kampaniyalara dəstək verdiyini bildirib. Bu zəlzələnin fəlakət olduğunu ifadə edən Gezer, "Yenə ianə üçün buradayam, bütün vətəndaşlarımıza rəhmət, dünyasını dəyişənlərə rəhmət diləyirəm. Böyük ağrılar yaşadıq. Bütün Türkiyə eyni hissləri yaşayır. Biz də içindəyik" deyib.
Donor Büşra Çanlı, "Çox çətin bir prosesdən keçirik. Allah hər kəsə kömək olsun. Mən burada yalnız bir nəfərin həyatını xilas etmək üçün qan verirəm".
Donor Asuman Dilbaz Türkiyənin böyük bir fəlakət yaşadığını bildirib. Hər kəsin bacardığı qədər bir şey etməyə çalışdığını izah edən Dilbaz, "Allah yaralılarımıza şəfa versin, həyatını itirən vətəndaşlarımıza başsağlığı verirəm".