Dağılan binaların əksəriyyəti nə zaman tikilib?- ÖZƏL
7 Fevral 2023 11:40 DünyaOlaylar.az xəbər verir ki, yüzlərlə insanın öldüyü, minlərlə insanın yaralandığı zəlzələdən sonra artçı təkanlar davam edir. Zəlzələ zamanı artçı zəlzələlərlə zədələnmiş bəzi binalar sökülürsə, bəzilərində yeni dağıntılar baş verir. Mövzu ilə bağlı türkiyəli Prof. Dr. Ramazan Özçelik danışıb. ""Türkiyə zəlzələ zonasında olan bir bölgədir və hər an başqa nöqtədə zəlzələ ola bilər. Fay Xəttində bu gün meydana gələn zəlzələ sabah başqa bir fay xəttində baş verə bilər. Əhalimizin böyük bir hissəsi zəlzələyə meyilli ərazilərdə yaşayır. Zəlzələ külək, yağış və qar kimi həyatımızda reallıqdır.
"Bizim davamlı bina tikmək problemimiz yoxdur, problemimiz köhnə tikililərdir. Əgər binanız 1998-ci ildən əvvəl inşa olunubsa, sökülmə təhlükəsi ilə üzləşə bilərsiniz. Bu strukturlar təcili müdaxilə tələb edir. Bu məsələlərdə bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür. Ölçmələr və araşdırmalar sayəsində zəlzələlərin harada olacağını az-çox proqnozlaşdırmaq olar. Bu gün AFAD-ın səhifəsinə daxil olanda yerləşdiyiniz yerin seysmikliyi baxımından təhlükənin səviyyəsini görə bilərsiniz".