Türkiyədə uçuşlar 10 manat civarı müəyyənləşdirilib
7 Fevral 2023 11:12 DünyaOlaylar.az xəbər verir ki, Türk Hava Yolları (THY) fevralın 13-dək Adana, Diyarbəkir, Şanlıurfa, Elazığdan İstanbula ediləcək uçuşları 100 TL olaraq təyin edib. Türk Hava Yollarından verilən açıqlamada AFAD-ın koordinasiyasında humanitar yardım materialları və axtarış-xilasetmə qruplarının zəlzələ bölgələrinə çatdırılması üçün əməliyyatların davam etdiyi bildirilib. Bildirilib ki, indiyədək 47 uçuş həyata keçirilib və bu çərçivədə humanitar yardım təyyarələrinin Adana, Diyarbəkir, Şanlıurfa və Elazığa dönüş uçuşları vətəndaşların istifadəsinə açılıb. Sərnişinlərin nizam-intizamını təmin etmək məqsədilə bu reyslər üçün mobil proqram və internet saytı vasitəsilə rezervasiyalar yaradıla bilər. 13 Fevral tarixinədək Adana, Diyarbəkir, Şanlıurfa və Elazığdan uçuşlar həyata keçiriləcək.