Türkiyə sərhədi PKK tərəfindən atəşə tutulub

Terror təşkilatı PKK, PYD Suriyanın Tell Rıfaat bölgəsindən Türkiyənin Öncüpınar Sərhəd Qoşunlarının nəzarətində olan bölgəyə atəş açıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi "Twitter"də yazıb.

"İnsanlıqdan xəbəri olmayan PKK, PYD terror təşkilatı zəlzələdən istifadə edərək Suriyanın Tell Rıfaat bölgəsindən Türkiyənin sərhəd bölgəsinə atəş açıb. Hərbçilərimiz arasında itki olmayıb və terrorçuların hədəfləri atəşlə susdurulub" - nazirlik qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31