Zəlzələdən sonra İŞİD silahlıları həbsxanadan qaçıb- ÖZƏL
7 Fevral 2023 10:44 DünyaOlaylar.az xəbər verir ki, Suriyada baş verən zəlzələdən sonra İŞİD terror təşkilatına aid olmaqda şübhəli bilinən azı 20 məhbus həbsxanadan qaçıb. Bu barədə TASS xəbər verir. Agentliyin məlumatına görə, məhbuslar Türkiyə sərhədinə yaxın Racu şəhəri yaxınlığındakı həbsxanada saxlanılıb. Ümumilikdə həbsxanada 2 minə yaxın məhbus var, onlardan 1,3 mini terror qruplaşmasının yaraqlıları ola bilər. Zəlzələ nəticəsində həbsxana binasına ziyan dəyib. Məhkumlar qiyam qaldıraraq müəssisənin bir hissəsini ələ keçiriblər.
Suriya Səhiyyə Nazirliyi zəlzələ qurbanlarının sayının 700 nəfəri keçdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31