Suriyada dağıntılar altında körpə dünyaya gəldi - VİDEO
7 Fevral 2023 10:22 DünyaSuriyanın Hələb şəhərində dağıntılar altında qalan qadın körpə dünyaya gətirib.
Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Körpəni xilas etmək mümkün olsa da, ana dünyasını dəyişib.
Xatırladaq ki, yanvarın 6-sı Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 bal gücündə zəlzələ Suriyada da dağıntılara səbəb olub. Son məlumata görə, ölkədə həlak olanların sayı 1444 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31