Nyu-Yorkdakı Türkevidə zəlzələ zonasına yardım toplanıb - ÖZƏL
7 Fevral 2023 10:14 DünyaOlaylar.az bildirir ki, Kahramanmaraşdakı zəlzələlərdən sonra Nyu Yorkdakı Türkevidə toplanan yardım materialları fəlakət bölgəsinə daşınır. Türkiyənin Vaşinqtondakı səfirliyinin koordinasiyası ilə toplanan və Türk Hava Yollarının logistika xidməti ilə çatdırılacaq yardıma Nyu York Baş Konsulluğu da dəstək verib. ABŞ-dakı qeyri-hökumət təşkilatlarından alınan yardım materialları və zəlzələdən zərərçəkənlərə kömək əlini uzatmaq istəyən könüllülər Nyu York Baş Konsulluğu ilə eyni binada yerləşən Türkevidə toplanıb. Türkiyənin Nyu Yorkdakı baş konsulu Reyhan Özgür kömək çağırışlarına çox tez cavab aldıqlarını bildirib və kömək edən hər kəsə təşəkkür edib. Bağış toplama işlərinin intensiv şəkildə davam edəcəyini qeyd edən Özgür, dəstək olmaq istəyənlərin yardımlarını Diyanət İşlərinə bağlı məscidlərə buraxa biləcəklərini və bunların qeyri-hökumət təşkilatları vasitəsilə Türkeviyə çatdırılacağını bildirib. Türk Evinin qarşısına toplaşan izdiham Türk Bayrağını açıb, İstiqlal Marşını oxuyub.