Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 2 379-a çatdı
7 Fevral 2023 01:56 DünyaTürkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 2379 nəfərə, xəsarət alanların sayı isə 14483 nəfərə çatıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31