Bayden Türkiyədə baş verən zəlzələ ilə bağlı Ərdoğana başsağlığı verib
7 Fevral 2023 01:38 DünyaABŞ prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.
Məlumata əsasən, Bayden ölkənin cənubunda baş verən dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.
ABŞ prezidenti təbii fəlakətdən zərər çəkənlərin tezliklə sağalmasını arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31