Türkiyədə zəlzələ ilə bağlı BƏDBİN PROQNOZ

Bölgələrdə ardıcıl sarsıntılar yaranmağa davam edəcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ və risk azaltma müdürü Orhan Tatar bildirib.

O qeyd edib ki,185-dən çox ardıcıl sarsıntılar oldu. Bunların bir çoxu 5 baldan çox idi.

"6445 nəfər dağıntılar altından xilas edilib. Bölgələrdə xilasetmə işləri davam etdirilir",- deyə o əlavə edib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31