Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 2 316 çatdı

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 2 316-ya, yaralananların sayı isə 13 293-ə yüksəlib.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 6 217 bina dağılıb, 7 840 insan dağıntılar altından çıxarılıb.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31