İsrail paytaxtının bələdiyyə binası Türkiyə bayrağı ilə işıqlandırılıb
7 Fevral 2023 00:24 Dünyaİsrailin paytaxtı Təl-Əvivin bələdiyyəsindən Türkiyəyə dəstək ifadə olunub.
Olaylar.az trend-ə istinadən bildirir ki, Türkiyəyə dəstək məqsədilə Tel-Əviv bələdiyyəsinin binası Türkiyə bayrağı ilə işıqlandırılıb.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31