Avropa İttifaqına üzv 17 ölkə Türkiyəyə axtarış-xilasetmə qrupları göndərir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının böhranların idarə edilməsi, mülki müdafiə və humanitar yardımdan məsul üzvü Janez Lenarcic, mərkəzi Kahramanmaraşda baş verən və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Avropa İttifaqına üzv 17 ölkənin Türkiyəyə axtarış-xilasetmə qrupları göndərdiyini deyib.

Kahramanmaraşdakı zəlzələlərlə bağlı CNN International televiziyasından Kristian Amanpura danışan Lenarçiç, Aİ Mülki Müdafiə Mexanizmi çərçivəsində Türkiyəyə axtarış-xilasetmə qrupları göndərən Aİ ölkələrinin sayının 17-yə yüksəldiyini bildirib.

Əvvəl bu rəqəm 13 olaraq açıqlanmışdı

Lenarçiç öz Twitter hesabında Rumıniya, Macarıstan və Bolqarıstandan ilk komandaların Türkiyəyə gəldiyini də açıqlayıb.

Suriyadakı humanitar yardım tərəfdaşları ilə yaxından işlədiklərini bildirən Lenarçiç, hazırda xilasetmə əməliyyatlarına əl atdıqlarını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31