Türkiyədə fəlakət bölgəsindəki vilayətlərə 250 milyon lirə təcili yardım göndərildi
6 Fevral 2023 22:57 DünyaFəlakət bölgəsindəki vilayətlərə 250 milyon lirə təcili yardım göndərildi.
Olaylar.az trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ riski və zəlzələlərin azaldılmasl baş direktoru Orhan Tatar deyib.
"Hazırda bölgələrdə 9 min 688 şəxsi heyət xilasetmə işləri üzrə vəzifələrini yerinə yetirir. Fəlakət bölgəsindəki vilayətlərə 250 milyon lirə təcili yardım göndərildi",- deyə o bildirib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31