Bayden Türkiyəyə başsağlığı verdi - FOTO
6 Fevral 2023 21:25 DünyaOlaylar.az sfera-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden dağıdıcı zəlzələnin nəticələri ilə əlaqədar Türkiyə və Suriya hakimiyyətinə başsağlığı verib.
"Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntılara görə dərin kədər hissi keçirirəm", - o, "Twitter" hesabında yazıb.
Amerika lideri həmçinin Ankaraya lazım olan bütün dəstəyi verəcəyinə söz verib. "Mən komandama vəziyyəti yaxından izləməyə davam etməyi və Türkiyə ilə koordinasiyada bütün lazımi dəstəyi göstərməyi tapşırmışam", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31