Zəlzələdən sonra 45-dən çox ölkə Türkiyəyə yardım təklif edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, orada baş verən güclü zəlzələdən sonra 45-dən çox ölkə Türkiyəyə yardım təklif edib. O, bu barədə işlərin koordinasiyası üzrə idarəetmə mərkəzindən danışarkən bildirib. 

Türkiyə liderinin sözlərinə görə, təbiət hadisəsi 912 nəfərin həyatına son qoyub, daha 5385 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. "NATO və Avropa Birliyi ilə yanaşı, 45 ölkədən yardım təklifi almışıq", deyə- Ərdoğan bildirib. 

Yeraltı təkanlar Adana, Ankara, Antalya, Kayseri, Mersin, Trabzon və Urfada da hiss olunub. Zəlzələ ilə əlaqədar ölkədə ən yüksək həyacan səviyyəsi elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31