Rusiya bütün şübhəli və məhkumlardan DNT toplayacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin məcburi genomik qeydiyyata alınmalı olanların (DNT toplanması) siyahısını genişləndirən qanunu imzalayıb. Qanuna görə, məhkumlar və şübhəlilər reabilitasiya hüququna malik olduqları halda, genomik məlumatlarının məhv edilməsini tələb edə bilərlər. Əvvəllər genom qeydiyyatı yalnız ağır və ya xüsusilə ağır cinayətlərə, fərdin cinsi toxunulmazlığı və cinsi azadlığına qarşı cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər, habelə istintaq hərəkətləri zamanı bioloji materialı götürülən naməlum şəxslər üçün məcburi idi. 

Yeni normalar müəyyən edir ki, DNT-nin məcburi toplanması və qeydiyyatı azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş bütün şəxslərə, habelə cinayət törətməkdə şübhəli bilinən və təqsirləndirilən şəxslərə və inzibati həbsə məruz qalan şəxslərə şamil edilir. Sənədə əsasən, məhkumlar və şübhəlilər reabilitasiya hüququ varsa, onların genomik məlumatlarının məhv edilməsini tələb edə bilərlər. Eyni şeyi inzibati həbsə alınmış şəxslər də törətdikləri hüquqpozmaya dair məhkəmənin qərarı ləğv edildikdə də edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31