“Zəlzələ olacağını demişdim, kaş, haqlı olmazdım” – Türkiyəli mütəxəssis
6 Fevral 2023 14:44 Dünya"Bu bölgədə böyük zəlzələ ola biləcəyini, bunu tarixi proseslərin göstərdiyini demişdim. Səhər səlahiyyətlilərlə danışanda mənə "haqlı imişsən" dedilər. Kaş, haqlı olmazdım".
Olaylar.az Sfera.az-a istinadən bildirir ki, bunu zəlzələ üzrə mütəxəssis, türkiyəli professor Şükrü Ersoy deyib. O, sözügedən açıqlamanı 20 gün qabaq verdiyini bildirib:
"Mən Hataylıyam, hazırda dağıntılar içində qalan yaxınlarım da var. 20 gün əvvəl Hatayda zəlzələ ilə bağlı konfransda böyük zəlzələnin ola biləcəyini demişdim. Bu zəlzələni "Kahramanmaraş-Hatay zəlzələsi" də adlandırmaq olar. Çünki Hatayda da böyük dağıntılar var. Gözlədiyimizdən də böyük zəlzələ oldu".
Qeyd edək ki, Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-yə nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31