Zəlzələ baş verən vilayətlərdə hazırda vəziyyət necədir? - YENİ GÖRÜNTÜLƏR
6 Fevral 2023 14:39 DünyaBu gün Türkiyənin cənub-şərqində 7.7 bal gücündü zəlzələ baş verib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 912 nəfərin həyatını itirdiyini deyib.
Onun sözlərinə görə, 5385 nəfər yaralanıb. 2470 nəfər dağıntı altından xilas edilib.
Trend zəlzələ baş verən yerlərdən özəl görüntüləri təqdim edir:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31