Prokurorluq dezinformasiya məzmunlu zəlzələ xəbərləri ilə bağlı araşdırmalara başlayıb - ÖZƏL
6 Fevral 2023 13:38 DünyaEpisentri Kahramanmaraşın Pazarcık rayonunda olan və ümumilikdə 10 vilayətdə baş verən 7,4 bal gücündə zəlzələ ilə bağlı ictimaiyyətdə qorxu və ya panika yaradacaq həqiqətə uyğun olmayan paylaşımlarla bağlı araşdırma başladılıb.
Olaylar.az xəbər verir ki, İstanbul Baş Prokurorluğundan verilən açıqlamada Kahramanmaraşın Pazarcık rayonunda baş verən və ətraf əyalətlərdə də təsirini göstərən zəlzələ ilə bağlı sosial media hesablarında edilən təhrifli yazılarla bağlı tədbir görüldüyü bildirilib.
Açıqlamada qeyd olunub ki, ictimaiyyətdə təşviş, qorxu və panika yaratmaq məqsədilə yalan və ya qeyri-dəqiq, təhrif olunmuş və həqiqətə uyğun olmayan məlumatlar yayan, dezinformasiya xarakterli şərhlər, açıqlamalar və izahatlarla bağlı ciddi şəkildə araşdırma aparılıb.