Suriyanın ən böyük neft emalı zavodu zəlzələ nəticəsində dağılıb- ÖZƏL
6 Fevral 2023 13:22 DünyaOlaylar.az xəbər verir ki, Suriyanın Banias şəhərindəki ən böyük neft emalı zavodu güclü zəlzələ zamanı avadanlıqların zədələnməsi səbəbindən işlərini müvəqqəti dayandırıb. Bu barədə "Əl-İxbariyyə" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, avadanlıqların təmirinə ən azı 48 saat vaxt lazımdır. "Bənias neft emalı zavodunun enerji blokunun tüstü borusunda yaranan çat, binalardakı çatlardan neft məhsullarının sızması zədənin aradan qaldırılması üçün zavodun fəaliyyətini dayandırmağı tələb edib. Onun 48 saatdan sonra işə qayıdacağı gözlənilir".
Zəlzələ İraqda da böyük dağıntılara və yüzlərlə insanın ölümünə səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31