ABŞ Gürcüstanın “Qərbə inteqrasiyası” üçün qrant ayıracaq- ÖZƏL
6 Fevral 2023 12:36 DünyaABŞ Dövlət Departamenti Gürcüstanın demokratik inkişafı proqramı üçün qrantlar ayıracaq. Olaylar.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Gürcüstanın gələcəkdə Qərbə inteqrasiyası və demokratik inkişafı proqramının həyata keçirilməsi üçün 125 min dollar ayırmaq niyyətindədir. Sənəddə deyilir: "Proqram ABŞ hökumətinin mübadilə proqramlarının məzunu olan Gürcüstan vətəndaşlarına fərdi qrantlar verməyə imkan verir". Aydınlaşdırılır ki, maliyyə alanların çalışacaqları sahələr siyahısına müstəqil medianın inkişafı, bu sahədə kibertəhlükəsizlik və təhsil, iqtisadi artıma dəstək, gender bərabərliyinin təşviqi və s. daxildir. Təsvirdən o da belə çıxır ki, bir qrantın maksimum həcmi 20 000 ABŞ dollarından çox olmamalıdır.Proqramın ümumi büdcəsi 125 000 ABŞ dolları təşkil edəcək.Sənəddə vurğulanır ki, yalnız ABŞ tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının məzunları vəsait üçün müraciət edə bilər.