Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda qaynar xətt yaradıldı
6 Fevral 2023 12:09 DünyaTürkiyədəki zəlzələ ilə bağlı Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda qaynar xətt yaradılıb.
Olaylar.az Milli.Az-a istinadən bildirir ki, bu barədə konsolluğun tvitter hesabında qeyd edilib.
Zəlzələdə zərər çəkən Azərbaycan vətəndaşları "+90 536 613 86 48" nömrəsilə əlaqə salxamalıdır.
Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 284 nəfəri keçib. 2323 nəfər yaralı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31