Qaziantep, Hatay və Şanlıurfa hava limanları bağlanıb

Türkiyənin cənub-şərq ərazilərində baş verən zəlzələ ilə bağlı Qaziantep, Hatay və Şanlıurfa hava limanları uçuşlar üçün bağlanıb.

Olaylar.az bildirir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Ankarada operativ qərargahda mətbuata açıqlaması zamanı bildirib.

O qeyd edib ki, Kahramanmaraş-Qaziantep təbii qaz boru xəttində baş verən qəza nəticəsində bölgəyə təbii qazın verilməsi də dayandırılıb.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31