Türkiyədəki zəlzələdə tarixi Qaziantep qalası da dağılıb - ÖZƏL
6 Fevral 2023 10:40 DünyaKahramanmaraşda 10 şəhərə təsir edən 7,4 bal gücündə zəlzələdə Qaziantep qalası dağılıb.
Olaylar.az xəbər verir ki, episentri Kahramanmaraşın Pazarcık mahalı olan 7,4 bal gücündə zəlzələdən Qaziantepdə tarixi qalanın böyük hissəsi də zərər görüb.
Digər tərəfdən, qalanın yanında yerləşən və 17-ci əsrdə tikildiyi deyilən tarixi Şirvani məscidinin günbəzi və şərq divarı da qismən dağılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31