Qaziantepdən dəhşətli kadrlar: Xilasetmə zamanı bina çökdü - VİDEO

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda yerli vaxtla saat 04:17-də baş verən 7,4 bal gücündə zəlzələ zamanı Qaziantep, Adıyaman, Hatay, Diyarbəkir, Mersin və bir çox şəhərlərdə güclü təkanlar hiss olunub.

Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, böyük dağıntılara səbəb olan zəlzələdən sonra dərhal axtarış-xilasetmə təlimlərinə başlanılıb. Qaziantepdə dağılmış binada vətəndaşların qruplara kömək etdiyi axtarış-xilasetmə əməliyyatı zamanı binada ikinci çökmə baş verib. Həmin anlar saniyəbəsaniyə kameralarda qeyd olunub.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31