Türkiyədə sərnişin avtobusu AŞDI

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Diyarbəkir-Şanlıurfa şosesində hərəkət edən avtobus yolun buz bağlaması səbəbindən idarəetməni itirərək dərəyə aşıb. Qəza nəticəsində 4-ü ağır olmaqla 30 sərnişin xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə qüvvələri cəlb olunub.

Yaralılar xəstəxanaya aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31