"Çinə məxsus hava şarı ABŞ tərəfindən vurula bilər" - 45 dəqiqə ərzində (YENİLƏNİB)
4 Fevral 2023 23:42 DünyaƏgər plan şarı vurmaqdırsa, bu qarşıdakı 45 dəqiqə ərzində baş verəcək.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Foks Nyus" məlumat yayıb. Hazırda hava şarının ABŞ tərəfindən Atlantik okeanı üzərində vurulması ehtimalı yüksəkdir.
Qeyd edək ki, bir neçə gün əvvəl Çinə məxsus olduğu təsbit edilən hava şarı ABŞ səmasına daxil olub. Buna etiraz olaraq, Entoni Blinken də etiraz olaraq Çinə səfərini ləğv edib.
***
Çinə məxsus hava şarı Atlantik okeanı üzərinə keçəndən sonra ABŞ tərəfindən vurula bilər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı ABŞ rəsmilərinə istinadən məlumat verib.
Bildirilib ki, mülki şəxslərin təhlükəsizliyi üçün hava şarının okean üzərinə keçməsi gözlənilir və bundan sonra okean üzərində hava şarının vurulması ehtimalı var. Daha sonra isə şarın tullantılarının okeandan toplanması planlaşdırılır.