"Növbəti sanksiyalar üzərində işləməyə davam edəcəyik" - Mişel
3 Fevral 2023 23:03 DünyaAB Rusiyaya qarşı yeni sanksiyalar, o cümlədən növbəti onuncu paket üzərində işləməyə davam edəcək.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel Kiyevdə keçirilən AB-Ukrayna sammitindən sonra bildirib.
"Biz artıq doqquz sanksiya paketi qəbul etmişik və növbəti onuncu paket də daxil olmaqla, növbəti sanksiyalar üzərində işləməyə davam edəcəyik", - Mişel söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31