"Faşizmi diriltmək istəyən zehniyyətə qarşı yeni bir meydan oxumağa hazırlaşırıq" - Rəcəb Tayyib Ərdoğan
3 Fevral 2023 22:42 DünyaÖlkəmizin 14 mayda keçirəcəyi seçkilərdə qlobal güclərə dəstək verərək təkpartiyalı faşizmi diriltmək istəyən zehniyyətə qarşı yeni bir meydan oxumağa hazırlaşırıq.
Olaylar.az Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bizə qarşı namizəd qoymaq üçün qurduqları masanın altında bir-birini təpikləməkdən başqa əllərindən heç nə gəlməyənlərə iş və xidmət siyasətinizi bir daha seçki qutusunda göstərmənizi istərdim. CHP-nin başında dayanan adamın böyük həvəslə sarıldığı "Bay Kamal" sifətini təşviq etdik. İndi 14 mayda onun adı nə olacaq? O adı "Bay-bay Kamal"a çevirəcəyinizə şübhə etmirəm", - Ərdoğan qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31