Blinkenin Çinə səfəri LƏĞV EDİLƏ BİLƏR

ABŞ Dövlət katibi Entoni Blinkenin Çinə səfəri ləğv oluna bilər.

Olaylar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

"ABŞ hakimiyyəti Montana səmasında hava şarı ilə bağlı yaranan insidentdən sonra Blinkenin Çinə səfərini təxirə salmağı və ya ləğv etməyi düşünür", - məlumatda bildirilib.

Qeyd edək ki, 2 gün öncə Çinə məxsus olduğu təsbit edilən aerostat (hava şarı) ABŞ səmasına daxil olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31